Paşinyan: Ermənistan qarşıdurma şəraitində yaşasa, dövlətçiliyini itirəcək
Ermənistanın uzun müddət qarşıdurma şəraitində yaşaması dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Ermənistan uzun müddət qarşıdurma şəraitində yaşaya bilməz. Biz elektrik enerjisi, çörək və nəqliyyatın olmadığı illərə qayıtmayacağıq. Biz dövlətimizin olmadığı dövrə qayıdacağıq. Mənim dövlət başçısı kimi bu məsələni diqqət mərkəzində saxlamamağa haqqım yoxdur", - deyə o vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistan bütün mövcudluğu boyu qarşıdurma məntiqi ilə hərəkət edib. Bu, hər mənada – təhlükəsizlik, inkişaf və beynəlxalq nüfuz mənasında böyük problem olub. Ermənistanın baş naziri bildirib ki, qarşıdurma məntiqi ölkənin uzunmüddətli inkişafını və təhlükəsizliyini təmin edə bilməyib və bilməyəcək.//AZƏRTAC