Rusiya Odessa limanını raketlə vurub
Rusiya hərbçilərinin Ukraynanın Odessa şəhərindəki dəniz limanının infrastrukturunu raket atəşinə tutması nəticəsində bir mülki şəxs ölüb.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub Dairəsinin Birləşmiş Koordinasiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Rusiya Qara dənizdəki sualtı qayığından limana aşağı səviyyədə “Kalibr” raketi buraxıb.