Mərmərə dənizində 5.1 bal gücündə zəlzələ olub
 
                        Bu gün səhər saatlarında Mərmərə dənizində 5.1 bal gücündə zəlzələ olub.
Yeraltı təkanların mərkəzi Mərmərə dənizinin Gemlik körfəzidir. Yerli vaxtla saat 10:42-də qeydə alınan zəlzələ ocağı 8.98 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul başda olmaqla, bir çox bölgədə hiss edilib.
 
			
					 
                                 
                                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                     
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                

 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    