Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyəcək
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini bu gün təsdiqləyəcək.
Bu barədə "TASS" agentliyi Brüsseldəki diplomatik mənbəyə istinadən xəbər verir.
Məlumata görə, yeni sanksiyalar paketinə həmçinin, Rusiyadan zərgərlik məqsədilə almaz tədarükünün qadağan edilməsi də daxildir.
Sanksiyalar paketinin bazar ertəsi axşam və ya çərşənbə axşamı dərc olunacağı gözlənilir. Sanksiyalar dərc olunduğu andan qüvvəyə minmiş hesab ediləcək.
Qeyd edək ki, Rusiyadan sənaye məqsədləri üçün istifadə oluna bilən almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.//Trend