BVF Somali üçün kredit xətti çərçivəsində 100 milyon dollar məbləğində sazişi təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Somali üçün geniş kredit xətti çərçivəsində təqribən 100 milyon dollar məbləğində yeni üçillik sazişi təsdiqləyib. Bu vəsaitin 40 milyon dolları dərhal ayrılacaq.

TASS agentliyi xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media” portalı məlumat yayıb.