Qəzzada İsrail ordusunun daha üç əsgəri həlak olub

İsrail ordusu Qəzza sektorunda HƏMAS ilə döyüşlərdə daha üç əsgərin öldüyünü təsdiqləyib.

“The Times of Israel” qəzeti bu barədə SAXAL-ın mətbuat xidmətinə istinadla məlumat yayıb.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Qəzza sektorunda başlayan əməliyyatların gedişində İsrail ordusunun azı 167 hərbçisi həlak olub. Beləliklə, münaqişənin şiddətlənməsindən bəri ölən israilli əsgərlərin sayı ümumilikdə 501 nəfərə çatıb.