Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.