Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə görüşüb.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata əsasən, görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub.

Bildirilib ki, Avropa İnvestisiya Bankı və digər çoxtərəfli inkişaf bankları iqlim maliyyələşdirməsini daha əlverişli və daha əlçatan edərək daha çox miqyasda açmaqda mühüm rola malikdir.