Xankəndidə silah-sursat tapılıb

Xankəndidə silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar, Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.