Narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

Narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 4-də saat 03:45-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.