Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyunun 6-ı saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “ISUZU” markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.