Azərbaycanda sel fəsadlar törətdi - Texnika cəlb olundu - YENİLƏNDİ

Goranboyda selin fəsadlarının aradan qaldırılması üçün əlavə texnikalar cəlb olunub.

 

 

Bəzi kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunub.

 

Qeyd edək ki, güclü yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndinə zərər vurub.

 

Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub, təsərrüfata ziyan dəyib.

 

Report

 

***

2024-06-08 20:33

 

Goranboyda küləklə müşahidə olunan leysan fəsadlar törədib.

 

Yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndlərinə ziyan vurub.

 

Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub. İki vətəndaşa məxsus avtomobilə zərər dəyib.

 

Qeyri-sabit hava şəraiti səbəbindən bir neçə kənddə elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Hazırda ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

 

Report