Bəzi ərazilərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

İyunun 9-u saat 16:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.