DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 17-də ümumi çəkisi 38 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.