Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Ötən gün batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna” və “Neftçala” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.