Xankəndi şəhəri ərazisində tapılan silah-sursatın sayı açıqlanıb

Polis əməkdaşları tərəfindən avqustun 25-dən 30-dək Xankəndi şəhəri ərazisində tapılan silah-sursatın sayı açıqlanıb.

Yerveinsan.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən veridiyi məlumata görə, Xankəndi şəhərində 20 avtomat silah, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 müxtəlif çaplı patron və digər sursatlar tapılıb. Xocalı rayonunda isə 3 avtomat silah, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 patron aşkar edilib. Xocavənd rayonunda isə 2 avtomat silah, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar tapılıb.