Abşeronda arvadını evin pəncərəsindən atan şəxs tutuldu

Bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.
Yerveinsan.az DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən yerə atıldığı müəyyən edilib.
H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.