Hakan Fidan və Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Türkiyənin Xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı bir inkişafa qarşı olduğunu və gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. O, Suriyada sülhün təmin olunması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının zəruriliyini qeyd edib.
Nazir həmçinin Türkiyənin özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verməyəcəyini bildirib.
Görüş zamanı Ukrayna və Cənubi Qafqazdakı mövcud vəziyyət, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə edilib.//Trend