Rusiya, İran, Türkiyə və Qətər Suriya ilə bağlı Dohada görüş keçirə bilər
Rusiya, İran, Türkiyə və Qətərin yüksək rütbəli nümayəndələrinin görüşü gözlənilir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Qətər, İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirilə bilər”, - deyə diplomat qeyd edib.//Azərtac