Kosmik hava proqnozunu açıqlanıb
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəş fəallığı zəifləyib. Hazırda Günəş küləyinin sürəti normaldır.
Dekabrın 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.
Günəş küləyinin sürətinin noyabrın 27-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə yüksələcəyi, dekabrın 3-4-də isə nominal göstəriciyə geri dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.