Müdafiə Sənayesi Nazirliyinə məxsus anbarda yanğın baş verib

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.