"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Qeyd edilib ki, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.