Bakı-Aktau təyyarəsində enişdən sonra texniki nasazlıqla bağlı işarə siqnalı işə düşdü

Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

"Lakin təyyarənin sisteminin pilotlar tərəfindən yenilənməsindən sonra məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyara uçuşa hazırdır. Təyyarədə sərnişin olmayıb", - məlumatda qeyd edilib.