Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 metr/saniyə, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 metr/saniyə, Şirvanda 16 metr/saniyədir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.