DİN Lənkəranda baş verən yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "VAZ" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb.
Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.