Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 Bildirilib ki, yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.