Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, fevralın 5-i saat 08.00 olan məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, fevralın 6-sı səhərdən yenidən güclənəcək.