Qaradağ rayonunda 16 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar.
Onlardan ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.