Rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin (MHX) iyulun 16-sı saat 10:00-a olan məlumatına görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 millimetrdir.
İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Ağstafada 25, Şəmkir və Tovuzda 20 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.