AQTA bal yarmarkasına təqdim olunan arıçılıq məhsullarına nəzarət tədbirləri həyata keçirib

Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının laborator müayinəsi həyata keçirilib.
Təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində 281 fermerə məxsus arıçılıq məhsullarından ümumilikdə 1417 bal nümunəsi götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən 44 nümunədə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar edilmiş bal məhsullarının dövriyyədən çıxarılaraq utilizasiyası (təyinatının dəyişdirilməsi) və ya məhv edilməsi barədə sahibkarlara icrası məcburi göstərişlər verilib.
Yarmarka müddətində satışa çıxarılacaq arıçılıq məhsullarına AQTA tərəfindən operativ nəzarət davam edəcək.