Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Yerveinsan.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 16-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.

