Son sutka ərzində Rusiya Ukraynaya 51 hava zərbəsi endirib

Son sutka ərzində Rusiya Ukraynaya 51 hava zərbəsi endirib. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən 44 “Şahed-136” kamikadze dronu endirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

“Son gün ərzində düşmən 51 hava zərbəsi endirib, o cümlədən 44 “Şahed-136” PUA-sı. Onların hamısı Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən vurulub”, - deyə məlumatda bildirilir.

Rusiyanın mühüm infrastruktur obyektlərinə hava və raket zərbələri endirməsi təhlükəsi ölkə ərazisində hələ də qalmaqdadır. Kiyev şəhərinin meri Vitali Kliçko teleqram səhifəsində məlumat verib ki, gecə paytaxtın atəşə tutulması nəticəsində enerji infrastrukturu obyektlərinə ziyan dəyib.