Kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi, 4 ünvanında fiziki şəxs Gülü Ədalət qızı Cəfərquluyevaya məxsus “Uğurlu dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innnovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

