Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

Qoy Ulu Tanrı Azərbaycanımızı qorusun

Dünyanin ən qədim dövlətçilik ənənələrinə və mədəniyyətinə malik ölkəmizin ərazisində həm eradan əvvəl, həm də sonra qüdrətli dovlət qurumları movcud olmuş, bu dövlətlər xalqımızın siyasi, sosial-mədəni və iqtisadi həyatında mühüm rol oynamışdır. Xalqımız dəfələrlə yenidən öz dövlətçiliyini bərpa etmək üçün ayağa qalxmış, nəhayət 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini (1918-1920) yaratmışdır və bu Cümhuriyyətin müasir dövlətçilik tarixində rolu cox böyük olmuşdur. AXC-nin süqutundan sonra xalqımız həmişə mustəqilliyini bərpa etmək arzusu ilə yaşamiş, 1991-ci ilin yayinda Sovet İmperiyasının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə söykənən müstəqillik ümidləri geniş vüsət almışdır. 1991-ci il avqust ayının 30-da ulu xalqımızın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etmək haqqında” Bəyannamə qəbul edildi. Bu Bəyannaməyə əsasən Azərbaycan SSR Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı"nı qəbul etdi.

Azərbaycanın o dövrdəki rəhbərliyi hakimiyyədə qalmaq ümidi ilə dövlət müstəqilliyini bütün vasitələrlə pozmağa çalışır, SSRİ-ni yaşatmaq məqsədilə müxtəlif variantlara əl atırdı. 1991-ci il dekabrın 8-də SSRİ tamamilə süquta uğrayandan sonra dekabrın 29-da müstəqillik haqqında Konstitusiya aktına münasibəti öyrənmək məqsədilə Azərbaycanda ümumxalq referendumu keçirildi və əhalinin 95%-i bu referendumda iştirak edərək müstəqillik, suverenlik yolundan dönməyəcəyini bildirdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qüvvəyə mindi.

Müstəqilliyin ilk illərində o zaman hakimiyyətdə olan iqtidarın, həm də müxalifətin ehtiyat etdikləri üçün ümummilli lider Heydər Əliyevin əleyhinə qərəzli, böhtan və iftira ilə dolu təbliğat kampaniyası başlandı.Odur ki, dahi Heydər Əliyevin adının belə çəkilməsi o illərdə yasaq edilmiş, lakin Heydər Əliyevin Bakıya gəlişi əks qüvvələri dəhşətli surətdə qorxuya salmışdı.

Böyük şəxsiyyət Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan MR-nın Ali Sovetinin sədri seçildi və o zaman milli müstəqilliyimizin ilk uğurlu addımları məhz Naxçıvanda atılırdı. Muxtar Respublikanın adindan "sovet“ və “sosialist“ səzlərinin çıxarılması, Naxçıvan “Ali Sovet“inin “Ali Məclis“ adlandırılması, AXC-nin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və Kommunist Partiyası və digər yerli orqanların fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumun keçirilməsindın imtina olunması,1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi,dünya Azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi barədə tarixi qərarın çıxarılması, habelə bir çox cəsarətli addımların məhz Naxçıvanda atılması ulu öndər Heydər Əliyevin adı ilə bağlı idi.

O vaxtki iqtidar ulu öndər Heydər Əliyevin Prezidentliyə namizədliyinə suni maneçilik torətmək məqsədilə Prezidentlik vəzifəsinə namizədlik üçün yaş məhdudiyyəti məsələsini ortaya qoydu, bu isə insan hüquqlarının pozulması idi. Qara qüvvələr Azərbaycan Ali Sovetinin sessiyalarında ulu öndər Heydər Əliyev əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını təşkil edirdilər. Ağır və mürəkkəb şəraitdə ölkədə böhran dərinləşirdi, bir-birinin ardınca baş verən hakimiyyər dəyişmələri və heç bir idarəçilik təcrübəsi olmayan insanların hakimiyyətə yiyələnmələri olkəmizi xaosa sürükləyirdi. Xalq Cəbhəsinin daxilində keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar 1993-cü ilin iyununda Gəncə qiyamı ilə nəticələndi. Ölkədə mövcud olan dərin sosial və iqtisadi böhran hakimiyyəti iflic vəziyyətinə gətirib çıxardı, Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərildi və bəziləri fəaliyyətlərini “dondurdular “ və tam hakimiyyətsizlik şəraiti yaranmışdı. Nəticədə 1993-cü ilin iyununda Azərbaycan dovlətçiliyi ağır böhran və dağılma təhlükəsi ilə üzləşdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırıldı. Azərbaycan xalqı çox yaxşı başa düşürdü ki, ölkəmizi bu ağır böhrandan ancaq təcrübəli siyasətçi, dövlət quruculuğu sahəsində böyuk nüfuza və dərin siyasi dünyagörüşə malik lider, müdrik səxsiyyət Heydər Əliyev çıxara bilər.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri və oktyabrın 3-də böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyində həlledici dönüş başladı. Böyük dövlət xadimi Heydər Əliyevin qətiyyəti, gücü, iradəsi, zəkası, yenilməzliyi, prinsipiallığı və böyük dövlət təcrübəsi sayəsində dovlət çevrilişlərinə cəhdlərin qarşısı alındı və ordu qruplaşmaları ləgv edildi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi.

Ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda geniş islahatlar yoluna qədəm qoydu.

Sabitlik yaratmaqla zəmanəmizin qüdrətli siyasətçisi ulu öndər Heydər Əliyev demişdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz olacaqdır“.

Beləliklə, Heydər Əliyev dühası Azərbaycan xalqını çətin geosiyasi vəziyyətdə milli mənəvi parçalanmadan, vətəndaş müharibəsindən, iflasa ugramadan və məhv olmaq təhlükəsindən xilas etdi.

 
Ulu xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün daha parlaq gələcəyinə dogru inamla irəliləyir və cənab Prezident İlham Əliyevin mudrik və dinamik siyasəti nəticəsində Azərbaycan dövləti beynəlxalq aləmdə özünəlayiq yer tutub.

Cənab Prezident, biz bütün ölkə vətəndaşları Sizi hər zaman dəstəkləyir və ən çətin anlarda da Sizinləyik.

Fürsətdən istifadə edərək xalqımızı 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqinda Konstitusiya akti“nın qəbul olunması və müstəqillik bayramımız münasibəti ilə təbrik edirəm.

Qoy Ulu Tanrı Azərbaycanımızı qorusun.

 

Zakir Göyüşlü

texnika elmləri üzrə fəlsəfə doktoru