Türkiyədə “COVID-19”a qarşı dərman hazırlanıb
Türk mühəndisləri tərəfindən rekord sürətlə istehsal olunan və dünyaya ixrac olunan yerli süni tənəffüs aparatından sonra daha bir uğur əldə edilib. Belə ki, Türkiyə ilk dəfə rəsmi olaraq “COVID-19”a qarşı sintez dərmanın hazır olduğunu bəyan edib.
milliyet.com.tr saytının məlumatına görə, ölkənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank bu barədə açıqlama verib: “32 nəfərdən ibarət komanda ilə qırx gün ərzində yerli və milli olaraq öz sintezimizlə hazırladığımız “Favicovir” adlı dərmanı istehsal etdik”.
Nazir dərmanın lisenziyalaşdırma mərhələsində olduğunu və bunun qürurverici hal olduğunu bildirib.
Yerli sintez dərman lisenziya verildikdən sonra “COVID-19” xəstələrinin müalicəsində istifadə ediləcək.