Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Yerveinsan.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.