Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ali Yerlikaya Ankarada TUSAŞ müdafiə sənayesi şirkətində terror aktı törədildiyini bildirib.

Terror aktı paytaxtın Kahramankazan rayonunda baş verib.