İranda zəlzələ olub
İranın Gərmsar şəhərindən 5 kilometr şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Bu barədə İRNA Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, zərərçəkənlər yüngül bədən xəsarəti alıblar.