Ermənistanda daha 544 nəfərdə koronavirus tapıldı - 9 xəstə öldü
İyunun 17-nə olan məlumata görə, Ermənistanda 544 yeni koronavirus infeksiyası hadisəsi baş verib.
Bu haqda məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Mənbə bildirir ki, yoluxanların ümumi sayı 18033-ə çatıb.
Son 24 saat ərzində 243 nəfər sağalıb, 10818 xəstə aktual müalicə alır.
9 nəfər ölüb. Bu rəqəm 302-yə çatıb. Digər səbəblərdən ölənlərin sayı 99-dur.
Ölkədə 87600 test edilib.