Türk Dünyasına Çağırış
Rövşən Tağıyev
Birləşmiş Ukraina Azərbaycanlıları Konqresinin sədri
Böyük Türk dünyasının bir oğluyam mən,
Qılınc əvəzinə vuruşur qələm,
Yazıram qəlbimdə olan hissimi,
İstəyirəm eşitsin hər bir Türk məni.
Bizim min illərdir tariximiz var,
Altay dağlarında ərinməzdir qar,
Dünyanın yarısı olubdu bizim
Əbədi yazılıb Türkün hünəri,
Sonradan bizləri parçalayıblar,
Biri-birimizə yadlaşdırıblar.
Belə haqsızlığın çatıbdır sonu
Deməli sözlərlə ürəyim dolu.
Ey Sibir türklərim, Asiyalılarım,
Qafqaz qardaşlarım, Krım tatarlarım,
Macar türklərim, Bosforcularım,
Bu gücü verib bizlərə Tanrı.
Qalxarıq ayağa Turan yaransa,
Haq və ədalət gələr dünyaya,
Düşmənlər - namərdlər yox olub itər
Şərəf duyğusu ilə yaşayar Türklər.
Fərq etməz oğuzsan, yada ki, Qıpçaq
Hamımız qardaşıq bu ki, danılmaz
Artıq vaxt gəlib addımı atmaq
Birliyə gedişi olmaz saxlamaq.
Türk dünyasının Günəşi yanır,
Zaman gözləyir bizdən barışı...
Çağırış edirəm hər bir Türkə mən,
Tezlikə birləşək sağalsın Bədən...