Azərbaycan - Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.
 Qiymət 2 - 10 manat aralığındadır.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet əldə edə bilər.
 Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena”da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.