Kişi şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb.

Komandamız dörddəbir finalda İspaniya yığması ilə qarşılaşıb. İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi çempionatla vidalaşıb.

Dünya çempionatının yarımfinalında Çin yığması İspaniya, Özbəkistan komandası isə Hindistan kollektivi ilə qarşılaşacaq.

Mundiala noyabrın 25-də yekun vurulacaq.