Azərbaycan gimnastları dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Yerveinsan.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz Maqsud Mahsudov və Hüseyn Abbasov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Qeyd edək ki, ötən gün tamblinq gimnastikası üzrə 17-21 yaş kateqoriyasında çıxış edən millimizin üzvü Tofiq Əliyev gümüş medala sahib olub.