Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilir

Büdcədən Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilir.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu mexanizm artıq Dövlət Neft Fondunda sınaqdan keçirilib.

Nazir bildirib ki, bu anlayış büdcəyə ilk dəfə daxil edilib. İkinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.//Trend