Bir qrup idman mütəxəssisinə fəxri adlar verilib

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən bildiriblər ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən Lənkəran, Sabirabad və Kürdəmir rayonlarında “Gənclər evləri”nin yaradılması barədə təqdimat, eləcə də idman yarışlarının texniki reqlamenti müzakirə olunaraq səsvermə ilə qəbul edilib.

2021-2022-ci illərdə keçirilmiş “Şahin” hərbi-idman oyunları, idman təsnifatı və işğaldan azad edilmiş ərazilərdə il ərzində keçirilmiş idman tədbirləri barədə hesabatlar dinlənilib və müzakirə edilib.

Kollegiya iclasında fəxri adların verilməsi məsələsinə də baxılıb və müvafiq qərar qəbul edilib. Qərara əsasən bir qrup idman mütəxəssisinə “Əməkdar məşqçi” və “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adları verilib.