ABL: “Neftçi” səfərdə “Olimpik Şəki”yə qalib gəlib

Dekabrın 25-də Azərbaycan Basketbol Liqasında (ABL) 11-ci tura yekun vurulub.

 Şəki Olimpiya İdman Kompleksində 11-ci turun və 2022-ci ilin sonuncu oyunu keçirilib.

“Olimpik Şəki” komandası doğma azarkeşlər önündə paytaxt klubu "Neftçi"ni qəbul edib. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları oyunun yekununda rəqib üzərində 83:67 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "Olimpik Şəki"dən Ceyson Brauer (24 xal, 7 ribaund ), "Neftçi"dən isə Davit Lomidze (18 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, 12-ci turun oyunları hələn il yanvarın 4-də və 7-8-də keçiriləcək.