Azərbaycanın İsrailə səfiri təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.