Kəlbəcərdə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, fevral ayının 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub: "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədən xəsarəti alsa da sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir".