Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.