Orxan Səfərov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək

Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

Yerveinsan.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış etməli olan Orxan Səfərov yüksək hərarəti və öskürəyi olduğuna görə millinin baş həkiminin təqdimatı, performans direktorunun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

O.Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.